Xəzər Xəbər

Azərbaycanda nümayəndəliyi olan KPMG-nin 6 rəhbər şəxsi ABŞ-da həbs olunub

İqtisadiyyat | 13:20 • 30 Yanvar 2018
Azərbaycanda nümayəndəliyi olan KPMG-nin 6 rəhbər şəxsi ABŞ-da həbs olunub

KPMG-nin keçmiş altı rəhbər şəxsi yanvarın 29-da ABŞ-da həbs olunub.

"APA-Economics” "WallStreetJournal” nəşrinə istinadən xəbər verir ki, keçmiş auditorlar məxfi audit məlumatlarından sui-istifadədə ittiham olunurlar.

Bildirilir ki, KMPG rəsmiləri İctimai Mühasibat Uçotu Heyətinin (İMUH) işçilərini işə götürərək onlardan İMUH-un şirkətin auditi ilə bağlı planlarını öyrənərək məxfi məlumatları əldə ediblər.

KPMG-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

"WallStreetJournal” yazır ki, tənzimləyicinin şirkətdə aparmaq istədiyi audit haqqında məxfi məlumatları ələ keçirdiklərinə görə ötən il KPMG-nin alt əməkdaşı işdən kənarlaşdırılıb.

Qeyd edək ki, KPMG "Böyük Dördlük” adlanan dünyanın 4 nəhəng audit şirkətlərindən biri olub, peşəkar xidmət təşkilatıdır. Gəlirlərinə və əməkdaşlarının sayına görə isə bu dördlükdə "Deloitte" , "PWC" və "Ernst & Young”dan sonra dördüncü yerdədir. Dünyanın bir çox yerində nümayəndəliyi olan xidmət şəbəkəsinin mərkəzi Niderland-Amsterdamda yerləşir və şirkətlərə audit, vergi və məsləhət xidmətləri təklif edir.

Xatırladaq ki, "KPMG Azərbaycan limited” şirkətin Azərbaycandakı nümayəndəliyidir və 1998-ci ildən etibarən Respublikamızda fəaliyyət göstərir.

Xəbər lenti