Xəzər Xəbər

İraq yeni neft emalı zavodu tikəcək

İqtisadiyyat | 17:34 • 29 Yanvar 2018
İraq yeni neft emalı zavodu tikəcək

İraq İran körfəzindəki Al-Faw limanında yeni neft emalı zavodu inşa edəcək.

Xezerxeber.az məlumat verir ki, bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb. Bildirilir ki, zavod 2 Çin şirkəti ilə birgə tikiləcək. Zavod sutkada 300 min barrel emal gücünə malik olacaq. Bundan başqa, zavodda 1 neft-kimya müəssisəsi də fəaliyyət göstərəcək.

Nazirlik, həmçinin üç yeni neft emalı zavodunun inşası üçün investor axtarıldığını bildirib.

İraqın cənubundakı Nəsiriyə və ölkənin qərbindəki Anbar vilayətlərində 2 neft emalı zavodunun inşası planlaşdırılır. Eləcə də, Mosul yaxınlığındakı Kayarada sutkalıq 100 min barrel emal gücü olan neft emalı zavodunun tikintisi nəzərdə tutulub.

Xəbər lenti