Xəzər Xəbər

Çində Azərbaycan Ticarət Mərkəzi yaradılacaq

İqtisadiyyat | 14:31 • 29 Yanvar 2018
Çində Azərbaycan Ticarət Mərkəzi yaradılacaq

Çində, Şanxay azad ticarət zonasında Azərbaycan Ticarət Mərkəzi yaradılacaq.

Xezerxeber.az məlumat verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda sahibkarların suallarını cavablandırarkən deyib.

O bildirib ki, Azərbaycanın ticarət nümayəndəsi artıq Çində fəaliyyət göstərir. Bu il ticarət nümayəndələrinin fəaliyyəti gücləndiriləcək. Bundan əlavə, fevral ayında Çinə başqa bir ixrac missiyasının göndərilməsi də planlaşdırılır.

Xəbər lenti