Xəzər Xəbər

Pomidor ixracına subsidiya verilə bilər

İqtisadiyyat | 14:22 • 29 Yanvar 2018
Pomidor ixracına subsidiya verilə bilər

İqtisadiyyat Nazirliyi pomidor ixracına subsidiyaların verilməsini nəzərdən keçirə bilər.

Xezerxeber.az məlumat verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.

O bildirib ki, hazırda ixracın artırılması üçün kompleks tədbirlər görülür. İxracın inkişafı üçün yüksəkkeyfiyyətli məhsulların istehsal edilməsi vacibdir. Həmçinin nazir qeyd edib ki, hazırda Azərbaycan məhsullarının Yaxın Şərq ölkələrinə ixracının genişləndirilməsi istiqamətində də işlər aparılır.

Xəbər lenti