Xəzər Xəbər

Bugünkü depozit hərracında tələb təklifi 2,8 dəfə üstələyib

İqtisadiyyat | 12:07 • 29 Yanvar 2018
Bugünkü depozit hərracında tələb təklifi 2,8 dəfə üstələyib

Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

AMB-dən xezerxeber.az-a verilən xəbərə görə, hərracda tələb 695,4 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,05% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi 2,8 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 250 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

Xəbər lenti