Xəzər Xəbər

Ötən il 877 dövlət əmlakı özəlləşdirilib

İqtisadiyyat | 10:23 • 29 Yanvar 2018
Ötən il 877 dövlət əmlakı özəlləşdirilib

2017-ci il ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə, 197 hərrac keçirilib. Bu dövrdə 877 dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində 2017-ci ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə bildirilib.

Qeyd olunub ki, keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələrə hesabat dövrü ərzində 6 milyon manat investisiya yatırılıb, 132 yeni iş yeri yaradılıb.

Xəbər lenti