Xəzər Xəbər

BVF kriptovalyuta riskləri ilə bağlı xəbərdarlıq edib

İqtisadiyyat | 15:05 • 23 Yanvar 2018
BVF kriptovalyuta riskləri ilə bağlı xəbərdarlıq edib
Beynəlxalq Valyuta Fondu (IMF) nəzarətedici orqanlara kriptovalyutaların riskləri ilə bağlıxəbərdarlıq edib.

"Rambler News Service” agentliyinə istyiandən, bu barədə IMF-in Araşdırmalar Departamentinin direktoru və iqtisadi müşaviri Moris Obstfeld (Maurice Obstfeld), Davosda (İsveçrə)keçirilən Ümumdünya İqtisadi Forumunda bildirib.

"Blokçeyn texnologiyasında ödəniş sisteminin effektivliyi və inklyuzivliyi baxımından potensial üstünlüklər görürük, bu maraqlı inkişaf edən istiqamətdir. Həmçinin görürük ki, kriptovalyutalar risklər daşıyır. Tənzimləyicilər, bu risklərin reallaşmaması üçün tədbirlər görməlidirlər”, – o qeyd edib.

M.Obstfeldin sözlərinə görə,IMF "bitcoin” də daxil heç bir kriptovalyuta ilə bağlı şərh vermir.

Xəbər lenti