Xəzər Xəbər

ABŞ-ın neft ehtiyatları 7 milyon barrelədək azalıb

İqtisadiyyat | 10:51 • 19 Yanvar 2018
ABŞ-ın neft ehtiyatları 7 milyon barrelədək azalıb

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 6,9 milyon barrel (1,6 faiz) azalaraq 412,7 milyon barrelə geriləyib.

Xezerxeber.az məlumat verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 3,5 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 4,9 milyon barrel azalmışdı. ABŞ-ın strateji neft ehtiyatları keçən həftə 0,5 milyon barrel (0,1 faiz) artaraq 664,2 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 3,6 milyon barrel (1,5 faiz) artaraq 240,9 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 3,4 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftədə isə benzin ehtiyatları 4,1 milyon barrel artmışdı.

Hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 258 min barrel artaraq 9,75 milyon barrel olub. Ölkənin neft idxalı əvvəlki həftəyə görə gündəlik 292 min barrel çoxalaraq 7,95 milyon barrelə çatıb. ABŞ-ın xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə gündəlik 234 min barrel artaraq 1,25 milyon barrel təşkil edib.

Xəbər lenti