Xəzər Xəbər

Bitkoinin qiyməti yenə yuxarı sürət götürdü 10 min dolları keçdi

İqtisadiyyat | 13:33 • 18 Yanvar 2018
Bitkoinin qiyməti yenə yuxarı sürət götürdü

Dünyada ən populyar kriptovalyuta ötən günlər dəyəri 10 min dollardan aşağı düşdükdən sonra bu gün yenidən yüksəlməyə başlayıb.

XəzərXəbər-in məlumatına görə, bitkoinin qiyməti 2017-ci ilin noyabrından ilk dəfə bu dərəcədə aşağı düşüb.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 4,37 faiz və ya 11,38 min dollaradək bahalaşıb. "Bitfinex" birjasında bitkoinin məzənnəsi 1,33 faiz (11,16 min dollaradək), GDAX-da isə 1,72 faiz (11,21 min dollaradək) bahalaşıb.

Alternativ kriptovalyutalar - "Ethereum" 3,65 faiz və ya 1,0 min dollaradək, "Ripple" - 26,25 faiz (1,4 dollara qədər), "Bitcoin Cash" isə 6,17 faiz (1,79 min dollaradək) bahalaşıb.

Xəbər lenti