2017-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 6,2% artaraq 525 manat təşkil edib.
XəzərXəbər Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əmək haqqı neft sektorunda 3062,3 manat, qeyri-neft sektorunda 465,4 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 392,7 manat, özəl müəssisələrdə isə 709,4 manat təşkil edib.