Xəzər Xəbər

Ötən il Azərbaycanda 11,5 min fərdi yaşayış evi istifadəyə verilib

İqtisadiyyat | 11:01 • 17 Yanvar 2018
Ötən il Azərbaycanda 11,5 min fərdi yaşayış evi istifadəyə verilib

2017-ci ildə Azərbaycan vətəndaşlarının vəsaiti hesabına ümumi sahəsi 1599,9 min kvadrat metr olan 11,5 min fərdi yaşayış evi istifadəyə verilib

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, bu da ölkə üzrə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsinin 92,6%-ni təşkil edib.

Fərdi yaşayış evlərinin 626,7 min kvadrat metri və ya 39,2%-i kənd yerlərində tikilib. Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 138,6 kvadrat metr olub.

Evlərin 59,3%-i Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa edilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti