Xəzər Xəbər

Ötən ildəkindən 2,3 dəfə çox pambıq tədarük edilib

İqtisadiyyat | 15:40 • 16 Yanvar 2018
Ötən ildəkindən 2,3 dəfə çox pambıq tədarük edilib

Azərbaycanda ötən mövsümlə müqayisədə 2,3 dəfə çox pambıq tədarük olunub.

Dövlət Statistika Komitəsindən xezrxeber.az-a bildiriblər ki, yanvarın 16-dək qəbul məntəqələrinə 207 min 395 ton pambıq təhvil verilib.

Xatırladaq ki, ölkədə pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə olunmuş, 1 milyon tondan çox pambıq yığılmışdı. Sonradan bu sahəyə diqqətin zəifləməsi pambıqçılıqda tənəzzülün yaranmasına gətirib çıxardı. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb. 2015-ci ildə 18 min hektarda çiyid səpilmiş, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektara, tədarük 89 min tona çatmışdı. Bu mövsümdə 136 min hektarda çiyid səpilib, 207 min tondan çox pambıq tədarük edilib. Pambıqçılığa dövlət dəstəyi tədbirlərinin davamı olaraq, növbəti mövsümdə pambığın alış qiyməti hər ton üçün 100-110 manat artırılacaq.

Qarşıda isə daha böyük hədəflər dayanır. Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.

Rubrikanın digər xəbərləri

Xəbər lenti