Xəzər Xəbər

Pambıq tədarükü artır

İqtisadiyyat | 15:17 • 15 Yanvar 2018
Pambıq tədarükü artır

Yanvarın 15-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 207 min 391 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, ötən iki gündə 25 ton pambıq tədarük olunub.

Xatırladaq ki, 2015-ci ildə 18 min hektar çiyid səpilmiş, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektar, tədarük 89 min ton təşkil etmişdi. 2017-ci ildə pambıq tarlalarının sahəsi 136 min hektarı ötüb, məhsul yığımı isə 2016-cı ilin ümumi göstəricisindən 2,3 dəfə çoxdur.

Xəbər lenti