Xəzər Xəbər

Bu gündən AZAL-ın bütün reyslərinə qeydiyyat uçuşa 60 dəqiqə qalmış bağlanacaq

İqtisadiyyat | 10:34 • 15 Yanvar 2018
Bu gündən AZAL-ın bütün reyslərinə qeydiyyat uçuşa 60 dəqiqə qalmış bağlanacaq

Bu gündən başlayaraq "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.


Xezerxeber.az məlumat verir ki, qeydiyyat isə uçuşa 3 saat qalmış açılacaq.


AZAL-ın yaydığı məlumata görə, sərnişinlər hava limanında qeydiyyat üçün öncədən gəlməlidir: "Həmçinin, sərnişinlər saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə, baqaj olduqda isə onu "Baggage Dropoff" ekspress-masasında təhvil verə bilərlər”.

Bu qayda "Buta Airways” uçuşlarına da şamil edilir.

Qeyd edək ki, indiyədək AZAL-da qeydiyyat uçuşa 2 saat qalmış başlanırdı. Bütün reyslərə qeydiyyat isə 40 dəqiqə qalmış bağlanırdı.

Xəbər lenti