Xəzər Xəbər

Ölkədə pambıq tədarükü davam edir

İqtisadiyyat | 13:43 • 13 Yanvar 2018
Ölkədə pambıq tədarükü davam edir

Yanvarın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 207 min 365 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, ötən gün 36 ton pambıq tədarük olunub.

Hazırda pambıq tədarükü 22 pambıqçılıq rayonundan 11-də davam etdirilir. Pambıq tədarükündə Saatlı (25,7 min ton), Biləsuvar (24,7 min ton), Bərdə (22,4 min ton), Ağcabədi (20,4 min ton) və Sabirabad (18,1 min ton) rayonları irəlidədir.

Xatırladaq ki, indiyədək qəbul məntəqələrinə ötən mövsümdəkindən 2,3 dəfə çox pambıq təhvil verilib.

Xəbər lenti