Xəzər Xəbər

ABŞ-dakı neft-qaz quyularının sayı artıb

İqtisadiyyat | 11:00 • 13 Yanvar 2018
ABŞ-dakı neft-qaz quyularının sayı artıb

ABŞ-dakı aktiv neft-qaz quyularının sayı artıb.

AZƏRTAC "Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ABŞ-dakı aktiv neft-qaz quyularının sayı ötən həftə 15 ədəd artaraq ümumilikdə 939 ədəd təşkil edib. Keçən ilin eyni dövründə isə ölkədə 659 neft-qaz quyusu fəaliyyət göstərib.

Ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 10 ədəd artaraq 752 ədəd olub. Beləliklə də, ölkədəki aktiv neft quyularının sayı 3 həftə aradan sonra yenidən artmağa başlayıb. Ötən ilin eyni dövründə isə ABŞ-da 522 neft quyusu fəaliyyətdə olub.

Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı 5 ədəd artaraq 187 ədəd olub. Ötən ilin eyni dövründə ABŞ-da 136 qaz quyusu fəaliyyət göstərib.

Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.

Xəbər lenti