Xəzər Xəbər

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilib

İqtisadiyyat | 10:39 • 13 Yanvar 2018
“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilib

Bu gün səhər saatlarından etibarən "Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə verilib.

Xezerxeber.az məlumat verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

M.Ağayevin sözlərinə görə, bununla əlaqədar 100, 108, 123,134, 147, 155 (bu xətt yaxın vaxtlarda ləğv edilərək 108 nömrəli xəttə birləşdiriləcək) marşrut xətlərinin son dayanacaq məntəqəsi "Dərnəgül” NMM-nə köçürülüb.

"Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq yaxın vaxtlarda 6,8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların "Dərnəgül” NMM-nə hərəkət etməsi təmin olunacaq”, - deyə M.Ağayev əlavə edib.

Xəbər lenti