Xəzər Xəbər

“DəmirBank”da pulu olanlara ŞAD XƏBƏR

İqtisadiyyat | 10:29 • 12 Yanvar 2018
“DəmirBank”da pulu olanlara

Ləğv prosesində olan "DəmirBank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 1 fevral 2018-ci il tarixindən etibarən "KapitalBank” ASC-nin filiallarında başlanılacaq və həmin tarixdən qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi təmin olunacaq.

Əmanətlərin Sığortalanması Fondundan XəzərXəbər-ə verilən məlumata görə, əlavə olaraq əmanətçilərin diqqətinə çatdırılır ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən və Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə tətbiq edilən maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində təsdiq edilib və Fondun iştirakçısı olan banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

"Ərizə formalarını qorunan əmanətçilər 1 fevral 2018-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanında yerləşən ofislərindən, aşağıda qeyd edilən "KapitalBank”-ın filiallarından və ya ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilər.

Aşağıdakı cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan "DəmirBank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən "KapitalBank” ASC-nin filialına 1 fevral 2018-ci il tarixindən müraciət edərək, şəxsiyyətini təsdiq edən sənəd, əmanət müqaviləsi və doldurulmuş ərizələri əsasında kompensasiyalarını ala bilərlər".

Əlavə məlumat almaq üçün Fondun əlaqə nömrələri:

(012) 447 77 44 və"941” nömrəli qaynar xətt

Aşağıda ləğv prosesində olan "Dəmirbank" ASc-də qorunan əmanətçilərə kompensasiyaların verilməsi ilə bağlı "Kapitalbank" ASC-nin filial şəbəkəsinin cədvəli qeyd edilib.









Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli 49/1 saylı qərarı ilə "DəmirBank” ASC–yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib.

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 25 dekabr 2017-cı il tarixli məktuba istinadən bildirir ki, "DəmirBank” ASC-də sığorta hadisəsi 22 dekabr 2017-ci ildə baş verib.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 28 dekabr 2017-ci il tarixli iclasının qərarına əsasən "DəmirBank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində "KapitalBank” ASC seçilib.

Xəbər lenti