CIF bazisi üzrə
İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin
qiyməti yanvarın 10-da 71,25 dollar/barel təşkil edib ki, bu da çərşənbə
axşamına olan göstəricidən 0,81 dollar/barel çoxdur.
XəzərXəbər xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
"Azeri Light"ın qiyməti Sonuncu dəfə 2015-cü il dekabrın 3-də 71 dolları ötmüşdü.
FOB
bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin
qiyməti yanvarın 10-da 70,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki
qiymətdən 0,83 dollar/barel çoxdur.
Novorossiysk limanından
yüklənən URALS neftinin qiyməti yanvarın 10-da 68,05 dollar/barel təşkil
edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,89 dollar/barel
çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü
neftin qiyməti isə yanvarın 10-da 69,94 dollar/barel təşkil edib. Bu,
əvvəlki qiymətdən 0,82 dollar/barel çoxdur.