Xəzər Xəbər

Neftin qiyməti birjalarda maksimumunu yenilədi: 2014-cü ildən bu tərəfə ilk dəfə

İqtisadiyyat | 13:44 • 10 Yanvar 2018
Neftin qiyməti birjalarda maksimumunu yenilədi:

Yanvar ayının ikinciçərşənbəsində neft2014-cü ildən bu tərəfə ən yüksək həddə keçib.

XəzərXəbər Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:50 radələrində,Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 51 sent, yəni, 0,81% bahalaşaraq 63,47$-da qərarlaşıb. Bu da ilkin ticarəti nəzərə almaqla 2014-cü ilin dekabr ayındakı 63,53$-a çatması deməkdir.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 37 sent, yəni, 0,54% artaraq 69.19$-a təklif olunub. Məlumat üçün bildirək ki, 2014-ci ilin dekabr ayındakı 69,29$-a yaxınlaşması deməkdir.

Bir çox analitiklərbunuOPEC-in neft hasilatına olan müdaxiləsi ilə əlqələndirirlər.

Xəbər lenti