Xəzər Xəbər

Bakı-Ənzəli dəniz reysinin istifadəyə veriləcəyi tarix açıqlandı

İqtisadiyyat | 15:22 • 9 Yanvar 2018
Bakı-Ənzəli dəniz reysinin istifadəyə veriləcəyi tarix açıqlandı

Bakı-Ənzəli dəniz reysinin mart ayında istifadəyə veriləcəyi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə ISNA agentliyinə İranın Gilan əyalətinin Dənizçilik İdarəsinin müdiri Hüseyn Çıraği bildirib.

O qeyd edib ki, Bakı-Ənzəli dəniz reysi hicri-şəmsi təqvimi ilə yeni ilin əvvəllərində (İranda yeni il martın 21-dən başlayır) açılacaq.

H.Çıraği deyib ki, bu istiqamətdə özəl sektorla, həmçinin Gilan əyalətinin rəhbəri ilə görüşlər keçirilib, müzakirələr aparılıb.

Xatırladaq ki, Bakı və Ənzəli limanları arasında sərnişin xətti uzun illər işləyib, 1998-ci ildən isə fəaliyyəti dayandırılıb.

Xəbər lenti