Xəzər Xəbər

“AvtoVAZ” qiymətləri artırdı: tələbin azalmayacağını düşünür

İqtisadiyyat | 15:03 • 9 Yanvar 2018
“AvtoVAZ” qiymətləri artırdı:

Rusiyanın aparıcı avtomobil istehsalçılarından olan"AvtoVAZ” şirkəti 2018-ci ilin əvvəlindən satış qiymətlərini artırıb.

Bu barədə TASS agentliyi xəbər verir.

"Ortalama artım 2,5% təşkil edib və bütün "AvtoVAZ” qrupuna təsir göstərib. Biz tələbin azalacağını proqnozlaşdırmırıq. Bütün istehsalçılar adətən yeni istehsal ilində avtomobillərin qiymətlərini artırır. Odur ki, qiymət rəqabətində uduzmuruq”, – şirkətin məlumatında qeyd olunub.

Xatırladaq ki, "AvtoVAZ” 2017-ci ilin əvvəlində "Lada” avtomobillərinin qiymətini qaldırmışdı. Həmin vaxt bütün modellər üzrə artım 1,5-3% təşkil etmişdi.

"AvtoVAZ” Qrupu "Renault”-"Nissan”-"Mitsubishi” ittifaqının üzvüdür və "Lada”, "Renault”, "Datsun” brendləri altında da maşın istehsal edir.

Xəbər lenti