Xəzər Xəbər

Yaponiya Mərkəzi Bankı monetar siyasətini sərtləşdirir

İqtisadiyyat | 14:59 • 9 Yanvar 2018
Yaponiya Mərkəzi Bankı monetar siyasətini sərtləşdirir
Yaponiya Mərkəzi Bankı (BoJ) dövlət istiqrazlarının alış proqramına dəyişiklik edib.

"Reuters” agentliyinə istinadən, BoJ 10-25 illik dövlət istiqrazlarının alış həcmini 10 mlrd. yen (88,39 mln. dollar) və ya 5% azaldaraq 190 mlrd. yenə (1 679 mln.dollar), 25-40 illik istiqrazlarının alış həcmini 10 mlrd. yen (88,39 mln. dollar) və ya 11,1% azaldaraq 90 mlrd. yenə (795,5 mln. dollar) endirib.

"MarketWatch” maliyyə xəbərləri və konsaltinq şirkəti BoJ-un qərarını monetar siyasətin bir qədər sərtləşdirilməsi kimi qiymətləndirib.

Qərardan sonra Yaponiyada ABŞ dollarının məzənnəsi zəifləyib və113,09-dan 112,62-ə enib. Yaponiyanın "Nikkei 225” fond birjası indeksi 0,6% artım göstərib.

Həmçinin Yaponiyanın 10 illik istiqrazlarının faiz dərəcəsi 1 baza bəndi artaraq 0,065%-ə, 30 illik istiqrazlarının faizi isə 1,5 baza bəndi artaraq 0,83%-ə çatıb.

Xəbər lenti