"Dəmirbank”da
kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 milyon manatdır. Bu, o
deməkdir ki, 28 milyon manatdan artıq əmanətin geri qaytarılmasına ümid
yoxdur”.
XəzərXəbər xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspert
bildirib ki, Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri
qaytarır, qorunmayan depozitlər isə bankın məsuliyyətindədir:
"Müflis
olan bankda isə qorunmayan əmanətlər aktivlər passivlərin üstələdiyi
halda qaytarıla bilər. Ötən il müflis olan 11 bankda da yalnız qorunan
əmanətləri geri qaytarmaq mümkün olub. Etiraf etmək lazımdır ki, qorunan
əmanətlər Fond tərəfindən tam olaraq geri qaytarılır. Bununla belə,
dəfələrlə təklif etdiyimiz kimi, qorunmayan əmanətlərin taleyi ilə bağlı
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən real addımların
atılmasına ehtiyac var.
Əvvəlla, bankın cəlb etdiyi əmanətlərin
məbləği onun ödəmə qabiliyyətinə və ya aktivlərinin həcminə münasib
olmalıdır. Öhdəliklərin aktivləri üstələməsi qorunmayan əmanətlərin geri
qaytarılmasına imkan vermir. İkincisi, bank mencerlərinin məsuliyyəti
artırılmalıdır. Qorunmayan əmanəti cəlb edərək onu xərcləyən banklar
müflis olmaqla, yumşaq desək, "məsələni bağlayırlar”. Halbuki, bank
həmin pullardan faydanalanaraq qazanc əldə edib və deməli onların
qaytarılmasına da məsul olmalıdır”.
V.Bayramov qeyd edib ki, bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var:
"Bank
qorunmayan əmanəti cəlb edərək onu kreditə yönəldir. Qorunmayan
əmanətin bank tərəfindən qaytarılması məcburi deyil, amma həmin pullar
ilə verilmiş kredit geri qaytarılır. Deməli, geri alınan kredit məhz
qorunmayan əmanətlərin ödənilməsinə yönəldilməlidir. Nəhayət, mediada və
eləcə də sosial şəbəkələrdə belə geniş təbliğatdan sonra
vətəndaşlarımızın sadəcə bir bankda 28.3 milyon manat qorunmayan əmanət
saxlaması səbəblərini də izah etmək çətindir. 2-3 faiz artıq gəlirdən
ötrü pulu riskə atmaq heç zaman başa düşülən deyil”.