Xəzər Xəbər

İsrail bitkoinlə bağlı qərar verdi – Kriptovalyutanın taleyi necə olacaq?

İqtisadiyyat | 17:31 • 26 Dekabr 2017
İsrail bitkoinlə bağlı qərar verdi

İsrailin bazar tənzimləyicisi ISA bitkoinin qiymətində dəyişiklik səbəbindən bütün kriptovalyuta şirkətlərinin fond bazarında əməliyyat aparmasını qadağan etməyə hazırlaşır.

Bildirilir ki, bitkoinin qiymətindəki dalğalanmamaliyyə şarı təəssüratıyaradır. Belə qeyri-müəyyənlikdə investorların əməliyyat aparması arzuolunan deyil.

Xatırladaq ki, bu ay 20.000 dollara yüksələn bitkoin ötən həftənin cümə günü 12 min dollara qədər ucuzlaşıb. Bitkoin 40 faizə qədər dəyərdən düşüb.

Bu arada, bitkoinin qlobal kriptovalyuta bazarında bazar payı getdikcə azalır. 2016-cı ilin dekabr ayının 27-də kriptovalyutanın bazar payı 87,94% təşkil edirdisə, bu gün həmin göstərici 44,11%-ə bərabərdir.

Xəbər lenti