Xəzər Xəbər

Gömrükçülər külli miqdarda pirotexniki vasitə müsadirə edib

İqtisadiyyat | 13:27 • 26 Dekabr 2017
Gömrükçülər külli miqdarda pirotexniki vasitə müsadirə edib

Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Mazımçay" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi "Kia Sorento" markalı nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, gömrük baxışı zamanı avtomobildən gömrük orqanına bəyan olunmayan 899 ədəd müxtəlif markalı pirotexniki vasitələr-petardalar və fişənglər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti