Xəzər Xəbər

Bitkoinə rəqib gəlir

İqtisadiyyat | 11:51 • 26 Dekabr 2017
Bitkoinə rəqib gəlir

Kripto-valyutaların ən dəyərlisi olan Bitkoin enişli-yoxuşlu dövrdən keçərkən İsrail yeni bir virtual valyuta növü yaratmaq üçün hərəkətə keçib.

İsrail Mərkəzi Bankı dijital pul yaratmaq üçün müzakirələrə başlayıb. Bank bu yolla daha sürətli ödəmə sistemi və iqtisadiyyatdakı nəğd pul miqdarını azaltmağı hədəfləyir.

Bankdan verilən məlumata görə, məsələ ilə bağlı yekun nəticəyə gəlinməyib. Ancaq bankın yaşıl işıq yandırması halında dövlət bununla bağlı qanun layihəsi hazırlayacaq və 2019-cu il büdcəsindən əlavə maliyyə ayıracaq.

İqtisadçılar bir gün mərkəz banklarının dijital pulları dövriyyəyə buraxması ilə dünyadakı bütün iqtisadiyyatlarda bu texnologiyanın hakim mövqe alacağını ehtimal edir.

Lakin İsrail bunlardan daha fərqli - mərkəzi, təhlükəsiz və güvənli valyuta çıxarmağı hədəflədiyini deyir. İsraildə çirkli pullar milli hasilatın 22%-ni təşkil edir. Dövlət də bu faizi azaltmaq üçün pul miqdarını məhdudlaşdırmağı hədəfləyir. Buna görə də İngiltərə və İsveçdəki 365 gün, 24 saat aktiv olan sistemləri araşdırır./publika.az

Xəbər lenti