Xəzər Xəbər

Rusiya da kriptovalyutanı qanuniləşdirir?

İqtisadiyyat | 18:20 • 25 Dekabr 2017
Rusiya da kriptovalyutanı qanuniləşdirir?

Rusiya Maliyyə Nazirliyi kriptovalyutaların nizamlanması ilə bağlı qanun layihəsi hazırlayıb.

Trend-in məlumatına görə, bunu ölkənin maliyyə naziri Anton Siluanov deyib.

Nazirin sözlərinə görə, qanun layihəsi artıq nəzərdən keçirilir.

Qeyd olunur ki, qanun layihəsi kriptovalyutaların buraxılışı, vergiyə cəlb edilməsi, alış qaydaları və dövriyyəsini nizamlayacaq.

Nazir vurğulayıb ki kriptovalyutalarla sadə vətəndaşlar yox, bazarın peşəkar iştirakçıları işləməlidir.

Xəbər lenti