Xəzər Xəbər

Bağlanan bankda pulu olanların nəzərinə!

İqtisadiyyat | 15:31 • 25 Dekabr 2017
Bağlanan bankda pulu olanların nəzərinə!

Əmanətlərin Sığortalanması Fondunun (ADIF) "DəmirBank”da bütün sığortalı əmanətlərə görə kompensasiyaların ödənilməsi üçün kifayət qədər vəsaiti var.

Fonddan XəzərXəbər-ə verilən məlumata görə, "DəmirBank” ASC-də fiziki şəxslər tərəfindən yerləşdirilən qorunan əmanətlər ADIF tərəfindən "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada və müddətlərdə əmanətçilərə qaytarılacaq.

"DəmirBank”da bütün sığortalı əmanətlərə görə kompensasiyaların ödənilməsi üçün Fondun kifayət qədər vəsaiti mövcuddur.

Qorunan əmanətlər üzrə kompensasiyaların alınması üçün ərizə və sənədlərin qəbulu yeri və vaxtı barədə əmanətçilərə əlavə məlumat veriləcək.

2 mart 2016-cı il tarixdə qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün tətbiq edilən maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində olan ADIF-in iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli 49 saylı qərarı ilə "DəmirBank” ASC-yə bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti