Yeni il bayramı və Dünya
Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar Bakı və Sumqayıt şəhər
əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha
dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması,
süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə
28-31 yanvar 2017-ci il tarixlərində fasiləsiz olaraq kənd təsərrüfatı
məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
XəzərXəbər xəbər verir ki, yarmarkalar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunacaq.
Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:
Bakı şəhəri üzrə:
Xətai rayonu:- Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı
Nərimanov rayonu:- Keşlə bazarının ərazisi;
Səbail rayonu:
- Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası
Suraxanı rayonu:- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı
Binəqədi rayonu :- Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.
Sumqayıt şəhəri üzrə (2 yerdə):
- 12-ci mikrorayon
- köhnə avtovağzalın yanı Yarmarkaların
mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət
işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan
məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına,
qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan
bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq
nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün
yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.