Xəzər Xəbər

Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək

İqtisadiyyat | 17:49 • 11 Dekabr 2017
Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, bu səbəbdən də qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saat 07:00-dan tədbir tam başa çatana qədər dəyişdiriləcək. Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Xəbər lenti