Xəzər Xəbər

Azərbaycanda pul bazası artıb

İqtisadiyyat | 15:05 • 6 Dekabr 2017
Azərbaycanda pul bazası artıb

Noyabrda Azərbaycanda pul bazası artıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) xezerxeber.az-a verilən məlumata görə, ötən ay Azərbaycanda pul bazası 155,2 mln. manat artıb.

Başqa sözlə, noyabrda ölkədə pul bazası 1,82% artaraq 8mlrd. 686,8 mln. manat olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 984,4 mln. manat və ya 12,78% artım deməkdir.

Xəbər lenti