Xəzər Xəbər

Bakıda bayram yarmarkaları başladı

İqtisadiyyat | 12:53 • 6 Dekabr 2017
Bakıda bayram yarmarkaları başladı

Yeni il bayramı ilə əlaqədar olaraq paytaxtın müxtəlif rayonlarında qurulan bayram çadırlarının bəziləri fəaliyyətdədir, bəziləri də yaxın günlərdə işə başlayacaq.

Bu barədə Publika.az-a Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, bayram çadırlarının sayı 10-dan çox olmayacaq.

"Artıq "28 May” metrostansiyası yaxınlığında qurulan çadırda satış başlayıb. Çadırların paytaxtın bütün rayonlarında quraşdırılması planlaşdırılır. Metrostansiyaların çıxışlarının seçilməsində məqsəd əhalinin bu imkandan daha yaxşı yararlana bilməsidir”.

Ə.Bağırov ötənilki təcrübəyə əsasən çadırlara bu il də marağın yüksək olacağını düşünür:

"Əhalinin bayram çadırlarından alış-verişə marağı yüksək olur. Ötən il bu təcrübəni tətbiq etdik və insanlar xidmətdən razı qaldılar. Çünki bu yarmarkalarda qiymətlər bazar qiymətinə uyğun, bəzən aşağı olur”.

Onun sözlərinə görə, bayram çadırları gələn il yanvarın 3-nə qədər fəaliyyət göstərəcək.

Xəbər lenti