Xəzər Xəbər

İpoteka istiqrazlarının 50 milyon manatlıq emissiyasının birinci tranşı yerləşdiriləcək

İqtisadiyyat | 10:02 • 6 Dekabr 2017
İpoteka istiqrazlarının 50 milyon manatlıq emissiyasının birinci tranşı yerləşdiriləcək

Dekabrın 8-də Bakı Fond Birjasında "Azərbaycan İpoteka Fondu" ASC-nin 15 000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.

ASC-dən xezerxeber.az-a bildiriblər ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti noyabrın 10-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3 faiz təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Xəbər lenti