Xəzər Xəbər

“Moody's” neftin qiyməti üzrə proqnozunu dəyişmədi

İqtisadiyyat | 13:23 • 5 Dekabr 2017
“Moody's” neftin qiyməti üzrə proqnozunu dəyişmədi

"Moody's” beynəlxalq reytinq agentliyi neftin qiymətinə dair proqnozunu dəyişməyib.

"Moody's” OPEC və qeyri-OPEC müttəfiqlərinin neft hasilatının azaldılmasına dair sazişin müddətini 2018-ci ilin sonuna qədər artırmalarına baxmayaraq neftin orta müddətli qiymətinə dair proqnozunda dəyişiklik etməyib. Bank OPEC və qeyri-OPEC ölkələrinin neft hasilatının azaldılması üzrə sazişin müddətini gələn ilin sonunadək uzaltmalarına baxmayaraq neftin orta müddətli qiymətinə dair proqnozunu - təxminən 40-60 dollar/barrel səviyyəsində saxlayıb.

"Moody's”ə görə, son dövrdə neftin bahalaşan qiyməti qlobal iqtisadi artım proqnozları, neft istehsalının azaldılması və artan geosiyasi risklərdən bəhrələnir. Lakin "qara qızıl”ın qiymətinin yüksəlməsi fonunda istehlakın aşağı olması ehtimalı da daxil olmaqla risklər hələ də davam edir./azərtac

Xəbər lenti