Xəzər Xəbər

ABŞ-da məktəbdə atışma baş verib, ölənlər var

İqtisadiyyat | 09:12 • 5 Dekabr 2017
ABŞ-da məktəbdə atışma baş verib, ölənlər var

ABŞ-ın Texas ştatında məktəbdə baş verən atışma nəticəsində 1 polis əməkdaşı ölüb.

Xezerxeber.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, insident San-Markos şəhərində qeydə alınıb.

Naməlum şəxs məktəbin qarşısında atəş açıb. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb edilib. Baş verən atışma zamanı asayiş keşikçilərindən biri aldığı güllə yarasından keçinib. Atəş açan şəxs polis tərəfindən məhv edilib.

İnsidentin səbəbləri müəyyənləşdirilir.

Xəbər lenti