Xəzər Xəbər

“Petronas”: Neftin qiyməti 50-60 dollar/barrel arasında dəyişəcək

İqtisadiyyat | 18:26 • 4 Dekabr 2017
“Petronas”:

Xam neftin bir barrelinin qiyməti 50-60 dollar arasında dəyişəcək.

Bu barədə Malayziyanın milli neft şirkəti "Petronas”ın 2018-2020-ci illəri əhatə edən hesabatında deyilir.

Bildirilir ki, analitiklərin əksəriyyəti "qara qızıl”ın qiymətinin yenidən 100 dollar/barrel səviyyəsinə qalxmasının real olmadığını düşünürlər. Qısa müddət ərzində xam neftin qiyməti qeyri-sabit olaraq qalacaq, treyderlər isə qiymətin inersiyasından faydalana biləcəklər. Həmçinin baş verə biləcək hər hansı geosiyasi hadisələr də neftin qiymətinin artmasına gətirib çıxara bilər.

"Ötən ilin noyabrından başlayaraq neftin qiyməti xeyli dərəcədə yaxşılaşıb. Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair saziş bu prosesdə əhəmiyyətli rol oynayıb. Bu il oktyabrın son həftəsində isə "Brent” markalı xam neftin bir barrelinin qiyməti Yaxın Şərqdəki geosiyasi hadisələrlə əlaqədar olaraq 60 dolları ötüb”, - deyə hesabatda qeyd edilir.

Xəbər lenti