Xəzər Xəbər

Pambıq tədarükü artır

İqtisadiyyat | 15:24 • 4 Dekabr 2017
Pambıq tədarükü artır

Dekabrın 4-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 196 min 258 tondan çox məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, bu məhsulun 1173 tonu ötən iki gündə tədarük olunub.

Ölkə üzrə təhvil verilən məhsulun yarıdan çoxu - 54,58 faizi Saatlı, Biləsuvar, Bərdə, Ağcabədi və Sabirabad rayonlarının payına düşür.

Xatırladaq ki, bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib. İndiyədək tədarük olunan məhsul isə ötən ildəkindən 107 min ton çoxdur.

Xəbər lenti