Xəzər Xəbər

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1,5 milyonu ötüb

İqtisadiyyat | 12:32 • 4 Dekabr 2017
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1,5 milyonu ötüb

Bu il Gürcüstan ən çox Azərbaycandan xarici ziyarətçi qəbul edib.

APA-nın yerli bürosunun Gürcüstan Milli Turizm Administrasiyasına istinadən verdiyi xəbərı görə, cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana 1,556,498 nəfər səfər edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 10,9% çoxdur.


Cari ilin noyabr ayında isə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 140 mindən çox (+11,2%) olub.

2017-ci ilin 11 ayı ərzində qonşu ölkəyə ümulikdə 6, 954, 932 xarici ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni göstəricisindən 18,4% çoxdur.

Azərbaycanla yanaşı, Gürcüstana ən çox səfər etmiş əcnəbilər arasında Ermənistan (1,530,864 nəfər), Rusiya (1,309,893) və Türkiyə (1,135,830) vətəndaşları da yer alıb.


Xəbər lenti