Xəzər Xəbər

Bugünkü depozit hərracında tələb təklifi 2,7 dəfə üstələyib

İqtisadiyyat | 11:46 • 4 Dekabr 2017
Bugünkü depozit hərracında tələb təklifi 2,7 dəfə üstələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən xezerxeber.az-a verilən məlumata görə, bu gün keçirilmiş hərracda tələb 548,6 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.


Bununla da depozit hərracında tələb təklifi 2,74 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 200 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

Xəbər lenti