Xəzər Xəbər

Fransa Bankının rəhbəri: "Bitcoin"in qiymətinin iqtisadi əsaslandırması yoxdur"

İqtisadiyyat | 10:29 • 2 Dekabr 2017
Fransa Bankının rəhbəri: "Bitcoin"in qiymətinin iqtisadi əsaslandırması yoxdur"

"Bitcoin"ə yatırım edən investorlar bunu riskə və öz qorxusuna əsasən edir".

Xezerxeber.az "Interfax" agentliyinə istindən xəbər verir ki, bunu Fransa Bankının (Mərkəzi Bank) rəhbəri Fransua Villerua de Qalo bildirib.

Onun sözlərinə görə, "bitcoin"in qiymətinin, onun məzənnəsinin kəskin volatilliyinin iqtisadi əsaslandırması yoxdur: "Bu, kiminsə məsuliyyəti dairəsinə də daxil deyil".


Qeyd edək ki, ilin əvvəlindən 1000 dollar olan "bitcoin" bu həftə ərzində 11395 dollaradək yüksəlib, lakin bundan sonra 9000 dollara enib.

Xəbər lenti