Xəzər Xəbər

Mərkəzi Bank 200 milyon manat cəlb edir

İqtisadiyyat | 13:34 • 1 Dekabr 2017
Mərkəzi Bank 200 milyon manat cəlb edir

Dekabrın 4-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

XəzərXəbər Mərkəzi Banka istinadən xəbər verir ki, hibrid hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99 faiz təşkil edir.

Xəbər lenti