Xəzər Xəbər

Fazil Məmmədov: Məişət sertifikatları elektronlaşdırılacaq

İqtisadiyyat | 12:09 • 1 Dekabr 2017
Fazil Məmmədov:

Azərbaycan MDB məkanında məişət sertifikatlarının elektronlaşdırılması ilə bağlı tədbirlər həyata keçirəcək.

Bu fikirləri İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru Fazil Məmmədov dekabrın 1-də "Mənşə ekspertizalarının aparılması qaydaları və ixrac zamanı güzəştlərin tətbiqi” mövzusunda keçirilən təqdimatda deyib.

F.Məmmədov qeyd edib ki, bu sahədə ilk növbədə Rusiya ilə əməkdaşlıq planlaşdırılır. Gələcəkdə isə Belarus, Qazaxıstan və digər ölkələrlə də bu sistemin qurulması nəzərdə tutulur: "Məişət sertifikatlarının elektronlaşdırılmasında məqsəd yerli sahibkarların ixracyönümlü mallarının xaricə göndərilməsinə kömək göstərməkdir. Eyni zamanda, məişət sənədlərinin verilməsi proseduru xeyli sadələşdirilib, sayı isə azaldılıb”.

Xəbər lenti