Xəzər Xəbər

Neftimiz ucuzlaşdı

İqtisadiyyat | 10:23 • 1 Dekabr 2017
Neftimiz ucuzlaşdı

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

XəzərXəbər xəbər verir ki, "AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar ucuzlaşaraq 64,49 dollar olub.

Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,28 dollar bahalaşaraq 62,91 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar artaraq 57,59 dollar təşkil edib.

Xəbər lenti