Xəzər Xəbər

FED virtual valyuta istehsal edə bilər

İqtisadiyyat | 18:01 • 30 Noyabr 2017
FED virtual valyuta istehsal edə bilər

ABŞ Mərkəzi Bankının (FED) Nyu-York şöbəsinin rəhbəri Ulyam Dudley bankınvirtual valyuta dövriyyəyə buraxmaq istiqamətində düşünməyə başladığını bildirib.

Dudley dəyəri 10000 dolları ötən bitkoinin etibarlı investisiya aləti olmadığını qeyd edib.

O bildirib ki, bitkoin mövzusunda təmkinlidir: "Fikrimcə, bitkoinin dəyəri ilə baş verənlər spekulyativdir”.

Dudleyin sözlərinə görə, bitkoin dollara rəqib ola bilməz: "Lakin virtual valyuta texnologiyası diqqətimizdədir. FED-in virtual valyuta buraxması haqqında danışmaq hələ tezdir. Lakin bu yöndə düşünməyə başlamışıq”.

Xəbər lenti