Xəzər Xəbər

Azərbaycan, Türkiyə və Rumıniya regionun enerji təminatında mühüm rol oynayırlar

İqtisadiyyat | 17:34 • 30 Noyabr 2017
Azərbaycan, Türkiyə və Rumıniya regionun enerji təminatında mühüm rol oynayırlar

Azərbaycan, Türkiyə və Rumıniya regionun enerji təminatında mühüm rol oynayırlar.


Xezerxeber.az AZƏRTAC-a istinadən  xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze Enerji Xartiyasının 28-ci konfransındakı çıxışında deyib.


Nazir bildirib ki, Gürcüstan da Avropanın enerji tələbatının ödənilməsində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır.


Gürcüstan xarici siyasət idarəsinin rəhbəri enerjinin regiondan Avropaya ötürülməsində Cənubi Qafqaz və Trans-Adriatik qaz boru kəmərlərinin rolunu xüsusi qeyd edib. M.Canelidze enerji sahəsində birgə mexanizmin yaradılması üçün həyata keçirilən işlərin iştirakçı dövlətlər tərəfindən dəstəklənəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti