Xəzər Xəbər

Magistral yolda yeni geri dönmə hissə yaradıldı - FOTO

İqtisadiyyat | 14:50 • 30 Noyabr 2017
Magistral yolda yeni geri dönmə hissə yaradıldı -

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə yeri geri dönmə hissə yaradılıb.

"Azəravtoyol"dan xezerxeber.az-a verilən məlumata görə, geridönmə hissə Ceyranbatan qəsəbəsidən çıxan və Sumqayıt şəhəri, həmçinin şimal istiqamətində gedən sürücülərin rahatlığı üçün yaradılıb.

Yeni geridönmə hissənin eni30 metr, uzunluğu isə70 metrdir. Sözügedən hissədə zəruri yol nişanları qoyulub, yolun xətlənməsi işləri aparılıb. Geridönmə hissədə375 m2təhlükəsizlik adacağı qurulub.

Yeni geridönmə səbəbindən yolun həmin ərazisində hər bir istiamət üzrə genişləndirmə işləri aparılıb. Müvafiq olaraq200 və 500 metruzunluğunda,4.5 metrenində yol genişləndirilib.


Xəbər lenti