Xəzər Xəbər

Dövlət obyektlərinin satışı Azərbaycana 1 milyard manatdan çox gəlir gətirib

İqtisadiyyat | 16:29 • 29 Noyabr 2017
Dövlət obyektlərinin satışı Azərbaycana 1 milyard manatdan çox gəlir gətirib

Bu günə qədər dövlət əmlakının özəlləşdirilməsi nəticəsində Azərbaycan büdcəsinə 1,1 milyard manatdan çox vəsait daxil olub.

Bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov "Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ilin əvvəlindən Dövlət Komitəsi 60 hərrac keçirib və bu hərraclarda 1400-dən çox dövlət müəssisəsi özəlləşdirilib.

K.Həsənov qeyd edib ki, gələcəkdə iri obyektlərin özəlləşdirilməsinə başlamaq planlaşdırılır. (Trend)

Xəbər lenti