Xəzər Xəbər

Rusiya Mərkəzi Bankı xəbərdarlıq etdi

İqtisadiyyat | 12:37 • 29 Noyabr 2017
Rusiya Mərkəzi Bankı xəbərdarlıq etdi

Rusiya Mərkəzi Bankı virtual pul bazarlarının yüksək riskləri olduğuna işarə edərək, "virtual pullar istehlakçılar üçün əhəmiyyətli itkilərə səbəb ola bilər" xəbərdarlığını edib.

Rusiya Mərkəzi Bankı tərəfindən çap olunan "Maliyyə sabitliyi hesabatı"nda virtual pulların "çirkli pul" yumaq və terrorun maliyyələşdirilməsi üçün istifadə olunma təhlükəsinə işarə edilib:

"Bu bazarlardakı "şarların partlaması"na görə istehlakçılar ciddi itkilərlə üzləşə bilərlər. Milli və beynəlxalq normativləri hazırlayanları vəzifəsi virtual pul bazarının təşkil olunmasında koordinasiyalı yanaşma üzərində işləyərək, yüksək riskli investisiyaların potensialını məhdudlaşdırmaq yolu ilə bu riskləri minimuma endirməkdir".

Xatırladaq edək ki, Rusiyanın maliyyə naziri Anton Siluanov bir müddət əvvəl verdiyi açıqlamada virtual pulların dövlət nəzarətinə alınması və istifadə edilməsinin lazım olduğunu söyləmişdi.

Qeyd edək ki, virtual valyuta dedikdə söhbət Bitcoin-dən gedir. Bu saata olan məlumata görə, Bitcoin-in qiyməti 10500 dollardır və gündəlik olaraq qiymətini təxmini 500 dollara yaxın qaldırır./FaktXəbər

Rubrikanın digər xəbərləri

Xəbər lenti