Xəzər Xəbər

Pambıq tədarükü artır

İqtisadiyyat | 16:20 • 28 Noyabr 2017
Pambıq tədarükü artır

Noyabrın 28-dək ölkə üzrə 192 min 151,19 ton pambıq tədarük olunub.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Belə ki, keçən il noyabrın 28-dək 78 min 210 ton məhsul tədarük edilmişdi.

Bu il ən çox pambıq tədarük edən rayonların siyahısına Saatlı (25104 ton), Biləsuvar (23527 ton), Bərdə (20576 ton), Ağcabədi (18946 ton) və Sabirabad (17014 ton) daxildir.

Xəbər lenti